Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda fövqəladə vəziyyətin müddəti 1 ay uzadıldı

13:38 - 13 Aprel 2020 tarixində dərc olunub.

Ermənistanda koronavirus epidemiyası ilə əlaqədar elan olunan fövqəladə vəziyyətin müddəti uzadılıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə qərar hökumətin növbədənkənar iclasında qəbul edilib. Qərara əsasən, martın 16-da elan edilmiş fövqəladə vəziyyət mayın 14-dək uzadılıb.

Əvvəlki qərara əsasən, ölkədə fövqəladə vəziyyət aprelin 14-də bitməli idi.
Qeyd edək ki, bu günədək Ermənistanda 1 039 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb.

Müəllif: