Ucnoqta.az
www.ucnoqta.az

İrandan narkotik vasitələrin keçirilməsinin qarşısı alındı -<font color=red><b>Foto</b></font>

12:31 - 13 Aprel 2020 tarixində dərc olunub.

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədi­nin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən Ucnoqta.az-a verilən məlumata görə, DSX-nin Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən son bir həftə ərzində 2 halda 10 kq 490 qr narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Daxil olmuş əməliyyat məlumatlarına əsasən, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 kq heroin və 1 kq 950 qr metamfetamin, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 4 kq 730 qr heroin və 1 kq 770 qr metamfetamin aşkar edilərək götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: