Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda koronavirusdan ölənlərin sayı yenə artdı

11:25 - 13 Aprel 2020 tarixində dərc olunub.

Ermənistanda koronavirusa yoluxanların sayı 1 039-a çatıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliyə Nəzarət və Profilaktikası Mərkəzi yayıb. Bildirilib ki, son sutkada COVID-19-a daha 26 nəfər yoluxub, 1 nəfər ölüb.

Bununla da virusdan ölənlərin say isə 14-ə çatıb. Hazırda 814 nəfərin müalicə olunduğu bildirilib.

Müəllif: