Ucnoqta.az
www.ucnoqta.az

Şimal bölgəsinə qar yağıb, temperatur -7 dərəcəyə enib

11:16 - 13 Aprel 2020 tarixində dərc olunub.

Ötən gün şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb. 

Qubanın Xaltan, Qrız və Xınalıq kəndlərinə, eləcə də Böyük Qafqaz dağlarının ətəklərində yerləşən yaşayış massivlərində də qar müşahidə olunub. Xınalıqda qarın hündürlüyü  8 sm, Qrızda 7 sm, Xaltanda isə 1 sm olub.

Temperatur isə mənfi 7 dərəcəyədək enib.///Apa

Müəllif: