Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda yanıq xəsarətləri alan şəxs Bakıya gətirilib

00:16 - 13 Aprel 2020 tarixində dərc olunub.
Tovuzda qadın ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. Hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Nabat Əliyeva bədəninin 2-ci dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən 5 saylı Xəstəxananın Yanıq şöbəsinə göndərilib. Məlumata görə, qadın üstünə qaynar su tökülüb. ///Apa
Müəllif: