Şabran sakini həmkəndlisini və onun anasını güllələyərək qətlə yetirib. O, hadisə yerindən qaçsa da, polisin keçirdiyi əməliyyatla saxlanıb. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Hadisə Şabran rayonununZeyvə kəndində baş verib. Kənd sakini 34 yaşlı Nahid İslamov qonşuluğunda yaşayan 37 yaşlı Məhəbbət Məmmədovu qətlə yetirdikdən sonra onun anası 57 yaşlı İstək Mahmudovanı da güllələyərək öldürüb.
Artıq dəhşətli qətlin təfərrüatları məlum olub. Bildirilir ki, yenicə həbsdən çıxmış Nahid İslamov 11 il əvvəl həyat yoldaşını Məhəbbət Məmmədova qısqanıb və bu səbəblə o,öz həyat yoldaşını qətlə yetirib. Cinayətə görə 11 il həbs cəzası alan Nahid azadlığa çıxan kimi həmin qısqanclığa görə bu hadisəni törədib. Nahid İslamov gecə saatlarında hüquq mühafizə orqanları tərəfindən saxlanaraq istintaqa təhvil verilib. Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb, istintaqdavam etdirilir.
///xezerxeber