Ucnoqta.az
www.ucnoqta.az

Füzuli rayonunda avtomobil aşıb- <font color=red><b>iki nəfər ölüb</b></font>

12:37 - 9 Aprel 2020 tarixində dərc olunub.

Füzulidə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumataa görə, aprelin 8-də Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində Arayatılı kənd sakini Araz Xəlilov idarə etdiyi “Renault” markalı avtomobili aşırıb. Nəticədə sürücü və həmkəndlisi olan sərnişini Elnur Qasımov hadisə yerində ölüblər.

Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: