Ucnoqta.az
www.ucnoqta.az

Ağdaşda "Mercedes" ağaca çırpılıb- <font color=red><b>xəsarət alanlar var</b></font>

11:17 - 7 Aprel 2020 tarixində dərc olunub.

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Qəbələ sakini, 1990-cı il təvəllüdlü Xıdırov Etibar Şahin oğlu "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı sürücü Etibar Xıdırov, eləcə də sərnişinlər - Ağdaş sakini, 1983-cü il təvəllüdlü Lətifova Gülnar Həsən qızı və Göyçay sakini, 1999-cu il təvəllüdlü Rəsul Əsir Təbrizi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılardan biri Ağdaş, ikisi Mingəçevir xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: