Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə “VAZ 2107” “KamAZ”la toqquşub- <font color=red><b>xəsarət alan var</b></font>

09:05 - 6 Aprel 2020 tarixində dərc olunub.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili “KamAZ” markalı zibil maşınına çırpılıb. Qəza zamanı minik maşınının sürücüsü Abbasov Ədalət Qulu oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.///Apa

Müəllif: