Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Azərbaycanda tibb işçilərində koronavirus aşkarlandı</b></font>

10:58 - 4 Aprel 2020 tarixində dərc olunub.

1 saylı Kliniki Tibbi Mərkəzdə çalışan 10 işçidə koronavirus aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, məlumatı Mərkəzdən Oxu.Az-a təsdiq ediblər. Bildirilib ki, koronavirus testinin nəticələri müsbət çıxan 10 nəfərin tibb müəssisələrində müalicələrinə başlanılıb:
“Klinikanın 10 əməkdaşında koronavirus aşkarlanıb. Onlar arasında tibb bacıları, laborant və xadimələr var. Hazırda onlar müvafiq tibb müəssisələrinə yerləşdiriliblər”.

Müəllif: