Ucnoqta.az
www.ucnoqta.az

Bakıda gənc oğurlanıb? -<font color=red><b> FOTO</b></font>

12:28 - 30 Mart 2020 tarixində dərc olunub.

Bakıda gənc naməlum şəraitdə itkin düşüb.

Bu barədə sosial şəbəkədə paylaşım edilib.

Qeyd olunub ki, Kərimov Səxavət Kamal oğlunu sonuncu dəfə dünən "Odlar Yurdu" Universitetinin yaxınlığında axşam saat 17:00-da görüblər.

Sözügedən ərazidə ona məxsus avtomobil vurulub. Özü isə itkin düşüb.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu istiqamətdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılır:

“Hadisə ilə bağlı şəxsin valideynləri tərəfindən rəsmi müraciət olunub. Bu istiqamətdə axtarış aparılır”.

 

Müəllif: