Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda ev yanıb

19:26 - 29 Mart 2020 tarixində dərc olunub.

Goranboy rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonunun Bağçakürd kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: