Ucnoqta.az
www.ucnoqta.az

Daha 151 nəfər Azərbaycana qaytarıldı

12:56 - 25 Mart 2020 tarixində dərc olunub.

Martın 25-nə keçən gecə AZAL Moskva və Londondan iki reys yerinə yetirərək 151 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, ölkəyə qayıdan hər bir vətəndaş tibbi müayinədən keçib və karantinə yerləşdirilib.

Qeyd edək ki, vətəndaşların ölkəyə qayıtması tarixləri Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

Müəllif: