Ucnoqta.az
www.ucnoqta.az

Elman Nəsirov: <font color=red><b>“Azərbaycanda kifayət qədər spirt və qoruyucu maska var”</b></font>

20:16 - 24 Mart 2020 tarixində dərc olunub.

“Desək ki, Azərbaycanın apteklərində spirt, qoruyucu maskalar yoxdur, həqiqəti təhrif etmiş olarıq. Var. Ehtiyatlar da kifayət qədərdir”.

Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib. E.Nəsirov qeyd edib ki, bəzi apteklərdə sui-istifadə hallarına yol verilirsə, cəza tədbirləri görülməlidir: “Bütün işlər görülüb, amma nə desən ki, məsuliyyətsiz insanlar buna kölgə salırlar. Həmin insanlar vəziyyətdən istifadə edərək varlanmaq istəyirlər. Belə insanlar düşməndirlər, koronavirusdan daha təhlükəlidirlər”.///pravda.az

Müəllif: