Ucnoqta.az
www.ucnoqta.az

Ağsu Mərkəzi Xəstəxanasının təcili tibbi yardım maşını ilə Bakıya sərnişin daşınır – <font color=red><b>VİDEO</b></font>

10:18 - 23 Mart 2020 tarixində dərc olunub.

Sosial şəbəkələrdə Dövlət Yol Polisinin əməkdaşları tərəfindən Bakıya sərnişin daşımağa cəhd edən təcili tibbi yardım maşınının saxlanmasının görüntüləri yayılıb.

Sosial şəbəkələrdə təcili tibbi yardım maşını ilə rayon qeydiyyatında olan sərnişinlərin Bakıya daşınmasını əks etdirən görüntülər yayılıb. Xəstə yanında olan digər sərnişinlər özlərini xəstənin qohumu kimi təqdim edirlər.

***
Reportun məlumatına görə, Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin təcili tibbi yardım avtomobilinin sürücüsü Sadiq Səmədovun idarə etdiyi 90-JM-977 dövlət nömrə nişanlı maşınla Bakıya sərnişin daşıyan zaman Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Müəllif: