Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada raket anbarında partlayış- <font color=red><b>5 hərbçi yaralanıb</b></font>

19:20 - 22 Mart 2020 tarixində dərc olunub.

Bu gün Rusiyada raket-artilleriya zavodunun sursat anbarında partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Murmansk yaxınlığında, Roslyakovo mikrorayonunda yerləşən zavodun anbarında baş verən partlayış nəticəsində 5 hərbçi yaralanıb.

Yaralılardan 2-nin durumu ağır, 3-ü isə orta-ağır vəziyyətdədir. Partlayışdan sonra yanğın baş verməyib.
İlkin versiyaya görə, partlayışa səbəb sursatla ehtiyatsız davranışdır.

Müəllif: