Ucnoqta.az
www.ucnoqta.az

Bakıda zavoddan 62 min manatlıq mis boru oğurlanıb

15:31 - 21 Mart 2020 tarixində dərc olunub.
Suraxanı rayonu ərazisindəki zavodların birindən 62.000 manat dəyərində mis boru oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.  Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki zavodların birindən 62.000 manat dəyərində 4 ton 200 kiloqram çəkidə mis boru oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Hüseynov, S.Quliyev və F.Hümbətov saxlanılıb.
Müəllif: