Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada daha 52 nəfər koronavirusa yoluxub

17:20 - 19 Mart 2020 tarixində dərc olunub.

Rusiyada koronavirusa yoluxanların sayı artıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə operativ qərargah məlumat yayıb. Bildirilib ki, Rusiyada daha 52 nəfər koronavirusa yoluxub. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 199-a çatıb.

Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvada 79 yaşlı qadın koronavirusdan həyatını itirib.

Müəllif: