Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstanda sabahdan tibbi maska istehsal olunacaq

15:51 - 18 Mart 2020 tarixində dərc olunub.

Gürcüstanda sabah tibbi maska istehsalına başlanılacaq.

Bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib. Onun sözlərinə görə, proqrama 10-na yaxın tikiş müəssisəsi cəlb edilib və bir neçə şirkət də tələb olunan xammalı tədarük edib: “İlk partiyanın istehsalı üçün kifayət qədər xammalımız var. Dövlət tibbi maska ehtiyatı yaratmaq üçün bu tibbi ləvazimatların bir hissəsini tədarük edəcək”./report

Müəllif: