Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Azərbaycanla dəmiryolu əlaqələrini dayandırdı

19:49 - 16 Mart 2020 tarixində dərc olunub.

Rusiya Dəmir Yolları (RDY) Azərbaycan və Özbəkistanla dəmiryolu əlaqələrini müvəqqəti dayandırıb. 

TASS xəbər verir ki, qərar bu gündən qüvvəyə minib. RDY-nin yaydığı açıqlamada bildirilir ki, yeni koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə qəbul edilən qərar xüsusi göstəriş olanadək qüvvədə qalacaq.

Bildirilib ki, qərar barədə Azərbaycan tərəfi məlumatlandırılıb. /oxu.az

Müəllif: