Ucnoqta.az
www.ucnoqta.az

Məşhur aktrisa koronavirusa yoluxdu

07:51 - 16 Mart 2020 tarixində dərc olunub.
Ukrayna mənşəli tanınmış Fransa aktrisası Olqa Kurilenko koronavirusa yoluxub. APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə aktrisa özünün “Instagram” səhifəsində məlumat paylaşıb. “Koronavirus diaqnozu ilə evdə izolyasiya şəraitində oturmuşam. Artıq bir həftədir xəstələnmişəm. Hərarət və zəiflik – mənim əsas simptomlarımdır. Ehtiyatlı olun və bunu ciddiyə alın!”, - aktrisa belə yazıb.
Müəllif: