Ucnoqta.az
www.ucnoqta.az

Tanınımış əczaçılıq şirkəti cərimələndi

09:35 - 12 Mart 2020 tarixində dərc olunub.

Binəqədi Rayon Məhkəməsi “HB Co LTD” əczaçılıq şirkətinin inzibati cərimə edilməsi barədə qərar çıxarıb.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə təqsirli bilinib.

“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilirlər.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, 1997-ci ilidə təsis edilən “HB Co LTD” MMC əczaçılıq məhsullarının idxalı, marketinqi və satışı ilə məşğuldur və illik satış dövriyəsi 5 000 000 manatdan artıqdır./report

 

Müəllif: