Ucnoqta.az
www.ucnoqta.az

Ötən gün şəhid olan sərhədçi medalla təltif edildi -<font color=red><b> FOTO</b></font>

12:43 - 6 Mart 2020 tarixində dərc olunub.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilib.

Medal Dövlət Sərhəd Xidmətinin rəsmisi tərəfindən şəhidin bu gün keçirilən dəfn mərasimində atasına təqdim edilib.

Qeyd edək ki, martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Şəhid Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb./report

Müəllif: