Ucnoqta.az
www.ucnoqta.az

Siyəzəndə ağır qəza - <font color=red><b>ölənlər var</b></font>

09:26 - 6 Mart 2020 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunda “KamAZ” markalı yük avtomobili və “Renault” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 3 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər./trend

Müəllif: