Ucnoqta.az
www.ucnoqta.az

İraq XİN:<font color=red><b> İŞİD ailəsindən olan 82 uşaq Azərbaycana göndərilib</b></font>

14:06 - 5 Mart 2020 tarixində dərc olunub.

İraqda qalan 82 azərbaycanlı uşaq Azərbaycana göndərilib.

Bu barədə İraq Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əl-Sahaf bildirib.

“İŞİD terror təşkilatına qoşulduğu üçün İraq məhkəmə orqanları tərəfindən həbs cəzasına məhkum edilmiş anaları ilə birlikdə qalan 82 uşaq Azərbaycan Respublikasına deportasiya edilib”, - deyə Əhməd Əl-Sahaf vurğulayıb.

İraq XİN rəsmisi qeyd edib ki, bununla da İraqdan deportasiya edilmiş müxtəlif millətlərdən olan uşaqların sayı 828-ə çatıb.

Xatırladaq ki, Azərbaycanın müvafiq İşçi Komissiyası tərəfindən ötən illər ərzində İraq və Suriyada olan azərbaycanlı uşaqlar ölkəyə gətirilib./Apa

Müəllif: