Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda yaşayış binasında partlayış olub, xəsarət alanlar var - <font color=red><b>Foto</b></font>

22:46 - 4 Mart 2020 tarixində dərc olunub.

Sumqayıt şəhərinin 9-cu mikrorayonunda ev 71 mənzil 33 ünvanında partlayış olub. 

Partlayış qaz sızması nəticəsində baş verib. Hadisə nəticəsində 1960-cı il təvəllüdlü Nuriyev Məhyəddin Balaxan oğlu və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü Nuriyeva Narınc Ağacəfər qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./Apa

Müəllif: