Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə PUA-sı Rusiya istehsalı olan 15 milyonluq HHM sistemini belə məhv etdi- <font color=red><b>VİDEO</b></font>

20:55 - 4 Mart 2020 tarixində dərc olunub.

Türkiyə Suriyanın İdlib bölgəsində keçirdiyi "Bahar Qalxanı" əməliyyatı çərçivəsində Rusiya istehsalı rejimə aid "Pantsir S-1" hava hücumundan müdafiə sistemini vurub.

Ucnoqta.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə pilotsuz uçan aparatı Serakibdə yerləşdirilən Pantsir S-1-i  bir zərbə ilə məhv edib. Qeyd edək ki, bir gün əvvəl daha bir Pantsir Türkiyə ordusu tərəfindən vurulmuşdu. 

Pantsir S1-in xüsusiyyətləri

Pantsir S1-də 12 57E6E raketi, 2 30 mm A38M zenit silahları təchiz edilib. 15 metrdən 15 kilometrədək hündürlükdə və 1,2-20 kilometr məsafədəki hava hədəflərini məhv etməyə qadirdir. Qiyməti 15 milyon dollardır.

Müəllif: