Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıt sakinində silah-sursat aşkarlanıb

15:00 - 3 Mart 2020 tarixində dərc olunub.

Sumqayıt sakinində silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş T.Quliyevdən müvafiq sənədləri olmayan “Marqolin” markalı idman tapançası, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Müəllif: