Ucnoqta.az
www.ucnoqta.az

Ukraynada koronavirusa ilk yoluxma halı qeydə alınıb

14:13 - 3 Mart 2020 tarixində dərc olunub.

Ukraynada koronavirusa ilk yoluxma halı qeydə alınıb.

APA-nın "112.UA" saytına istinadən verdiyi xəbərə görə bu barədə Ukrayna Səhiyyə nazirinin müavini Viktor Lyaşko Nazirlər Kabinetinin təcili iclasında deyib. O bildirib ki, Ukraynanın Çernovits vilayətindəndə yaşayan koronavirusa yoluxan şəxs bu yaxınlarda İtaliyadan qayıdıb.

Nazir müavini qeyd edib ki, həmin şəxs və birlikdə səyahət etdiyi həyat yoldaşı karantinə alınıblar.

Müəllif: