Ucnoqta.az
www.ucnoqta.az

Bakıda intihara cəhd edən kişi xilas edilib

23:53 - 2 Mart 2020 tarixində dərc olunub.

Bakının Suraxanı rayonunda intihara cəhd hadisəsi baş verib.

Hadisə Hövsan qəsəbəsi, Məktəbli küçəsi 53 ünvanında qeydə alınıb. 1974-cü il təvəllüdlü Səfərov Səfər İsrafil oğlu yaşadığı evdə özünü asaraq intihara cəhd edib. O, xilas edilərək xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olan S.Səfərov reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır./Apa

Müəllif: