Ucnoqta.az
www.ucnoqta.az

Turizm Agentliyindən koronavirusla bağlı vətəndaşlara -<font color=red><b> Müraciət</b></font>

19:42 - 27 Fevral 2020 tarixində dərc olunub.

Dövlət Turizm Agentliyi ölkə vətəndaşlarına və turoperatorlara müraciət edib. 

Müraciətdə deyilir:
"Son günlər dünyanın bir sıra ölkələrində koronavirus (COVID-19) epidemiyasının geniş yayıldığını nəzərə alaraq, vətəndaşlarımıza xaricə səfərlərini planlaşdırarkən mümkün riskləri nəzərə almağı tövsiyə edirik.

Xəstəliyə yoluxma və virusun Azərbaycan ərazisinə keçməsi təhlükəsinin qarşısının alınması məqsədilə, vətəndaşlarımıza həmin ölkələrdə epidemoloji vəziyyət sabitləşənədək səfərlərini təxirə salmağı məsləhət görürük.

Turoperatorlara tövsiyə edirik ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barəsində məlumatlandırsınlar"./qafqazinfo

Müəllif: