Ucnoqta.az
www.ucnoqta.az

İdlibdə məktəb və xəstəxanalar bombalandı

15:58 - 26 Fevral 2020 tarixində dərc olunub.

Suriyada rejim qüvvələri İdlib şəhər mərkəzini hədəf alıb, məktəb və xəstəxanalar bombalanıb.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, İdlib və ətraf ərazilərində həyata keçirilən hava hücumları nəticəsində 10-u uşaq olmaqla 20 mülki əhali həlak olub.

Yerli mənbələrə görə, hədəflərin arasında məktəblərin də olduğu bildirilir. Belə ki, bir məktəbə kaset bombası atılıb. Nəticədə, 2 şagird və 1 müəllim daxil olmaqla 6 nəfər ölüb.

Müəllif: