Ucnoqta.az
www.ucnoqta.az

İstanbulda 8 PKK terrorçusu tutulub

15:05 - 26 Fevral 2020 tarixində dərc olunub.

Türkiyənin İstanbul şəhərində partlayış törətməyə hazırlaşan terrorçular saxlanılıb.

APA-nın “Milliiyət” qəzetinə istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 8 PKK terrorçusu tutulub.

Eyni zamanda, 5 ünvanda 10 kq patlayıcı maddə, detonatorlar və silahlar aşkar edilib.

 

Müəllif: