Ucnoqta.az
www.ucnoqta.az

Nazir: <font color=red><b>Türkiyədə koronavirusa yoluxanlar yoxdur</b></font>

12:59 - 26 Fevral 2020 tarixində dərc olunub.

Türkiyədə koronavirusa yoluxanlar yoxdur.

Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib. Onun sözlərinə görə, bu, o demək deyil ki, ölkədə koronavirusa yoluxanlar ola bilməz. Nazir bildirib ki, hazırda infeksiyanın Türkiyəyə daxil olmasının qarşısını almaq üçün tədbirlər görülür: “İrandan təxliyə olunan Türkiyə vətəndaşları arasında koronavirusa yoluxan yoxdur”.

F.Qoca əlavə edib ki, Türkiyənin İranla sərhədindəki dörd sərhəd-buraxılış məntəqəsində səhra hospitalları fəaliyyət göstərəcək.
Xatırladaq ki, ötən gün Türkiyə İrandan vətəndaşlarının təxliyəsinə başlayıb./trend

Müəllif: