Ucnoqta.az
www.ucnoqta.az

Türkiyənin Səhiyyə naziri: <font color=red><b>“O təyyarəni ölkəyə enməyə qoymadıq”</b></font>

11:37 - 26 Fevral 2020 tarixində dərc olunub.

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bir çarter təyyarəsini koronavirus şübhəsi olan sərnişinə görə, ölkəyə enməyə qoymadıqlarını bəyan edib.

“Hürriyet”in məlumatına görə, nazir bu barədə Tehran-İstanbul reysi üzrə hərəkət edən təyyarədə Qumdan gələn vətəndaşların olması ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, iranlı həmkarı ilə görüşdə xəstəlik şübhəsi olanların Türkiyəyə buraxılmayacağı barədə razılığa gəldiklərini bildirib.

“Dörd nəfərdə öskürək və boğaz ağrısı var, amma qızdırma yoxdur. Risk etmək istəmədik”, - deyə F.Koca bəyan edib.

Nazir koronavirus məsələsinə çox həssaslıqla yanaşdıqlarını vurğulayıb:
“Üç-dörd gün əvvəl göyərtəsində virusa yoluxan sərnişin olduğu ehtimal edilən çarter təyyarəsini saatlarla danışıqlardan sonra Türkiyəyə enməyə qoymadıq. Bu barədə heç kim bilmir. Hava gəmisi Avropa ölkələrinin birində eniş etdi”./oxu.az

Müəllif: