Ucnoqta.az
www.ucnoqta.az

Məktəblinin intiharı ilə bağlı cinayət işi başlanıldı

10:18 - 26 Fevral 2020 tarixində dərc olunub.

Abşeronda məktəblinin intihar hadisəsi ilə bağlı yeni xəbər var.

Hadisə fevralın 25-də, rayonun Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Şəki rayonunda anadan olmuş, M.Hüseynzadə küçəsi, ev 3, mənzil 26-da yaşayan 2004-cü il təvəllüdlü Ülvi Cəfərli 6 nömrəli binanın 12-ci mərtəbəsində yerləşən binanın eyvanından özünü ataraq intihar edib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır./report

 

Müəllif: