Ucnoqta.az
www.ucnoqta.az

Bakıda kişi və qadın dəm qazından boğularaq ölüb

19:09 - 24 Fevral 2020 tarixində dərc olunub.

Bakıda iki nəfər dəm qazından boğulub.

Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisindəki evlərdən birində kirayədə yaşayanlar - 1960-cı il təvəllüdlü Qulamov Bəşir Əbülfəz oğlu və 1982-ci il təvəllüdlü (M.Z) dəm qazından boğularaq ölüblər.

Onlar qeyri-rəsmi nikah münasibətlərində olublar.

Faktla bağlı araşdırma aparılır./Apa

Müəllif: