Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda 64 yaşlı qadın dənizdə batıb

18:43 - 24 Fevral 2020 tarixində dərc olunub.

Abşeronda 64 yaşlı qadın dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Görədil kəndində 1 nəfərin meyitinin dənizdən çıxarılması üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1956-cı il təvəllüdlü Rzayeva Əminə Teyyub qızının meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: