Ucnoqta.az
www.ucnoqta.az

Bu ölkədə koronavirusa yoluxanların sayı 100-ü keçdi- <font color=red><b>2 nəfər ölüb</b></font>

00:24 - 24 Fevral 2020 tarixində dərc olunub.
İtaliyada koronavirusa yoluxanların sayı 100-ü keçdi. İtaliyanın Lombardiya əyalətində koronavirusa yoluxanların sayı 89 nəfərə çatıb. Bu barədə regionun rəhbəri Attilio Fontana bildirib. “Təəssüf ki, Lombardiyada virusa 89 nəfər yoluxub”, - deyə o, “SkyTg24” telekanalının efirində qeyd edib. A.Fontana əlavə edib ki, bununla da İtaliyada yeni virusa yoluxanların sayı 100 nəfəri ötüb. Son məlumatlara görə, ölkədə virusdan 2 nəfər ölüb. İtaliyanın artıq 5 regionunda virusa yoluxma halları qeydə alınıb./medicina.az
Müəllif: