Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapılıb

09:40 - 22 Fevral 2020 tarixində dərc olunub.
Sumqayıtda zibil qabından meyit tapılıb. APA-nn verdiyi xəbərə görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb. Həmin ərazidəki zibil qablarından birindən yeni doğulmuş qız uşağının meyiti aşkar edilib. Körpənin meyiti ekspertizaya təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Müəllif: