Ucnoqta.az
www.ucnoqta.az

Məktəblərin, bağçaların və məscidlərin dezinfeksiyasına başlanılıb

16:20 - 20 Fevral 2020 tarixində dərc olunub.

Orta məktəblərin, bağçaların və məscidlərin dezinfeksiyasına başlanılıb

Koronavirus təhlükəsi ilə əlaqədar Bakıda orta məktəblərin, bağçaların və məscidlərin dezinfeksiyasına başlanılıb. Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Dezinfeksiya Mərkəzinin direktoru Akif Məmmədov bildirib. İndiyə qədər 27 məscid, 2 sinaqoq, 60 məktəb və 50 uşaq bağçasında dezinfeksiya aparılıb. Dezinfeksiya işləri hazırda davam edir.

A. Məmmədov deyib ki, dezinfeksiya işləri əhalinin sıx olduğu digər yerlərdə, o cümlədən teatr və kitabxanalarda da aparılır.

Müəllif: