Ucnoqta.az
www.ucnoqta.az

Bakı metrosu dezinfeksiya ediləcək

16:00 - 20 Fevral 2020 tarixində dərc olunub.

Sabahdan etibarən Bakı metropolitenində dezinfeksiya işlərinə başlanacaq.

Bunu "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, ilkin olaraq dezinfeksiya işləri qatarlarda aparılacaq: "Bununla bağlı tədbirlər planı hazırlanıb və gələn həftədən dezinfeksiya işləri stansiyalarda aparılacaq".

B. Məmmədov əlavə edib ki, dezinfeksiya koronavirusa qarşı profilaktik işlər çərçivəsində aparılacaq.

Müəllif: