Ucnoqta.az
www.ucnoqta.az

Bərdədə mikroavtobus “KamAZ”la toqquşub - <font color=red><b>Ölən var</b></font>

12:56 - 19 Fevral 2020 tarixində dərc olunub.

Bərdə rayonunun Qarağacı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 18-də saat 4 radələrində Bərdə rayonunun Qarağacı kəndi ərazisində Ağcabədi rayon sakini M.Məhərrəmov idarə etdiyi “Mercedes-Vito” markalı avtomobili qarşıda gedən Beyləqan rayon sakini E.Kərimovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə M.Məhərrəmovun sərnişinlərindən Rövşən Qardaşxanov hadisə yerində ölüb, özü və daha 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Müəllif: