Ucnoqta.az
www.ucnoqta.az

Yük maşını minik avtomobili ilə toqquşdu -<font color=red><b> FHN əməkdaşları qəza yerində</b></font>

10:39 - 19 Fevral 2020 tarixində dərc olunub.

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi-Mehdiabad yolunun Goradil kəndindən keçən hissəsində qeydə alınıb. Ötmə əməliyyatı yerinə yetirən 10-NO-500 dövlət nişanlı "Hyundai" markalı minik avtomobili qarşı yolda hərəkətdə olan 90-HJ-292 dövlət nömrəli "Mercedes" markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisə yerinə yol patrul xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar./trend

 

Müəllif: