“Sədərək” ticarət mərkəzində yanğın başlayıb- <font color=red><b>Foto</b></font>
08:20 - 18 Fevral 2020 tarixində dərc olunub.
Bakıda ticarət mərkəzində yanğın başlayıb.
Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzi yanır.
Məlumata görə, yanğın Ticarət mərkəzinin birinci zonasındakı çartaqda başlayıb.
Yanğının bir neçə mağazaya keçdiyi bildirilib.
Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub.
Yanğının qarşısının alınması istiqamətində işlər görülür.
/trend