Ucnoqta.az
www.ucnoqta.az

Tovuz sakini dəm qazından zəhərlənib

20:08 - 15 Fevral 2020 tarixində dərc olunub.
Tovuzda dəm qazından zəhərlənmə olub.  Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. 1971-ci il təvəllüdlü Məmmədova Təranə Qəhrəman qızı yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib. Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.  /Apa
Müəllif: