Ucnoqta.az
www.ucnoqta.az

Xəzərdə zəlzələ olub

19:15 - 15 Fevral 2020 tarixində dərc olunub.
Xəzərdə zəlzələ olub. Bu barədə “Report” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir. Məlumata görə, 4,3 maqnitudalı yeraltı təkanlar yerli vaxtla saat 17:49-da qeydə alınıb. Zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar sahilə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Müəllif: