Ucnoqta.az
www.ucnoqta.az

Bu Dairələr üzrə müraciətlər müvafiq DSK-lara göndərildi- <font color=red><b>Siyahı (Yenilənib)</b></font>

14:28 - 15 Fevral 2020 tarixində dərc olunub.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş parlament seçkiləri ilə əlaqədar bir neçə Seçki Dairəsində səsvermənin nəticələri ilə bağlı müraciətlərə baxılıb.

İclasda 8 saylı Binəqədi birinci, 13 saylı Xəzər-Pirallahı, 15 saylı Yasamal birinci, 18 saylı Nərimanov-Nizami, 22 saylı Nəsimi ikinci, 29 saylı Səbail, 32 saylı Suraxanı üçüncü, 34 saylı Xətai ikinci, 40 saylı Kəpəz ikinci, 56 saylı Xaçmaz kənd, 61 saylı Neftçala, 72 saylı Yardımlı-Masallı, 82 saylı Ağcabədi, 94 saylı Bərdə kənd, 106 saylı Tovuz-Qazax-Ağstafa, 112 saylı Qax Seçki dairələri üzrə müraciətlərin araşdırılması üçün müvafiq DSK-lara göndərilməsi ilə bağlı qərar qəbul edilib./Apa

Müəllif: