Ucnoqta.az
www.ucnoqta.az

Qarabağda erməni əsgər ölüb

11:27 - 15 Fevral 2020 tarixində dərc olunub.

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qanunsuz dislokasiya olunmuş Ermənistan ordusunda ölüm faktı qeydə alınıb.

APA-nın "Sputnik" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə cümə günü saat 19:00 radələrində qeydə alınıb. Müqaviləli hərbi qulluqçu, 23 yaşlı Ayk Asryan naməlum şəraitdə odlu silahdan açılan atəş nəticəsində ölüb.

Hadisənin təfərrüatı məlum deyil. 

Müəllif: