33 saylı Xətai Birinci Seçki Dairəsi üzrə parlament seçkilərinin nəticələri ləğv edilib.
Mərkəzi Seçki Komissiyasına müraciət edilərək qanun pozuntularının baş verdiyi üçün həmin dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsi xahiş edilib.
İclasda bildirilib ki, araşdırmalar nəticəsində həmin dairədə seçkilərin nəticələrinə təsir edəcək pozuntular baş verib və bu pozuntular seçkilərin nəticələrini ləğv etməyə hüquqi əsaslar yaradıb. İclasda həmin dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsi təklif edilib. Təklif səsə qoyularaq qəbul olub.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Hüseynbala Mirələmovdur./trend